Azərbaycan para-atletləri Vətənə qayıdıblar

Fransanın paytaxtı Parisdəki dünya çempionatında uğurlu çıxış etmiş Azərbaycan para-atletləri Vətənə qayıdıblar.

Metbuat.az xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin rəsmiləri və yaxınları qarşılayıblar.

Qeyd edək ki, komandanın heyətində Lamiyə Vəliyeva 100 və 400 metr məsafəyə qaçışda qızıl, Səid Nəcəfzadə uzunluğa tullanma növündə bürünc medal qazanaraq 2024-cü ildə Parisdə baş tutacaq Yay Paralimpiya Oyunlarına Lisenziya əldə ediblər. Bundan əlavə, nüvə itələmə növündə Oloxan Musayev və uzunluğa tullanmada Orxan Aslanov da 4-cü olmaqla bu hüquqa yiyələniblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı