Güclərini birləşdirib Qərbə güc nümayiş etdirirlər

Ukrayna müharibəsindən sonra daha da yaxınlaşan Çin və Rusiya hərbi əməkdaşlığını genişləndirir.

Metbuat.az xəbər verir ki, iki ölkə Yaponiya yaxınlığında ən böyük birgə hava və dəniz təlimləri keçirir. İki ölkə təlim zonası olaraq Yapon dənizini seçib. Təlim “Şimal/Əlaqə 2023” adlandırılıb. Təlimlərdə iki ölkənin ordularına aid çox sayda dəniz və hava texnikaları iştirak edir. “Financial Times” qəzetində dərc olunan təhlildə təlimin keçirildiyi bölgəyə diqqət çəkilib. Yaponiyanı Rusiya və Koreya yarımadasından ayıran bölgədə keçirilən təlimin simvolik mənası vurğulanıb. Təhlildə qeyd edilib bu təlimlər Pekin və Moskvanın Qərb ittifaqına güc nümayişidir.

Qeyd edək ki, iki ölkə birgə təlimlərin və patrulların müntəzəm keçirilməsini müzakirə etmişdilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı