Qardaşımla görüşməkdən məmnun oldum - Qətər Əmiri Ərdoğandan yazdı

Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani prezident Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı paytaxt Dohada qəbul etməkdən məmnun olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə Qətər əmiri tvitter hesabında paylaşım edib. O paylaşımında "Qardaşım Prezident Rəcəb Tayyib Ərdoğanı Dohada qonaq etməkdən xoşbəxt oldum" deyə yazıb. Şeyx Təmim qeyd edib ki, iki qardaş xalq iqtisadi əməkdaşlığı daha perspektivli imkanlara çatdırmaq çərçivəsində ümumi maraqlarını reallaşdırmaq üçün bir araya gəlib.

Qətər əmiri Prezident Ərdoğanla regionun və dünyanın üzləşdiyi müxtəlif problemləri müzakirə etdiklərini və onların həlli üçün beynəlxalq həmrəyliyin gücləndirilməsinin vacibliyini vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı