​Çin Tayvana hərbi dəstək verən ABŞ-yə xəbərdarlıq etdi

Çin Tayvana hərbi dəstək verən ABŞ-yə xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib ki, ABŞ-nin yenidən Tayvana yardım paketinin açıqlaması Çinin "Vahid Çin" siyasətinin açıq şəkildə pozulmasıdır. Diplomatın sözlərinə görə, ABŞ-nin bu siyasəti Vaşinqton administrasiyasının Tayvanın müstəqilliyini dəstəkləmədiyinə dair öhdəliyinə uyğun gəlmir. Çin tərəfi bəyan edir ki, ABŞ-nin hərbi dəstəyi Tayvanın separatçı hökumətinin yanlış siyasət yürütməsinə səbəb olur.

Açıqlamada deyilir ki, Çin milli təhlükəsizliyi və birliyi üçün hər addımı atacaq. Qeyd edək ki, ABŞ 38 yeni Abrams tankı alan Tayvana yeni hərbi yardım paketi elan edib. Açıqlamaya görə, 570 milyon dollar dəyərində hərbi yardım paketi əsasən hərbi təlimlərə ayrılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı