​Peşəkar vəkil Nurlana Quliyeva “Global Golden People Awards 2023”də laureat oldu

Mövcud toplumlarda hər zaman haqq-ədalətin müdafiəçilərinə ehtiyac duyulub. Bu məsuliyyətli peşə sahibləri vəkillərdir. Gərgin iş rejimi və stressli proseslərlə seçilən vəkillik ciddi böhran idarə etmə bacarığı tələb edir. Azərbaycanda hüquq sektorunun peşəkarlarından biri də Nurlana Quliyevadır.

İşinin peşəkarı olan vəkil, 1986- cı ildə Bakı şəhərində anadan olub. Nurlana Quliyeva 2010- cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.Təhsilini başa vurduqdan sonra “Gidromaş Holdinq” də hüquqşünas vəzifəsində, AR Nazirlər Kabineti nəzdində “Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu“nda müxtəlif vəzifələrdə, bundan əlavə “Park Hill, “MTK” və “Baku Min Holdinq” də hüquqşünas vəzifələrində çalışıb. Təcrübəli vəkil hazırda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkildir. O, “World Bank” ın və AR Vəkillər Kollegiyasının Unisef və digər beynəlxalq təşkilatlarla birgə layihələri çərçivəsində təlimlərdə iştirak edib.

Peşəkar vəkil gələcəkdə bir çox beynəlxalq layihələrdə hüquq elminin sosial cəmiyyətdə hüquqi əhəmiyyəti üzrə iştirakçı və layihə rəhbəri kimi çıxış etməyi planlayır.

Nurlana Quliyeva, 2 iyul 2023-cü il tarixində Bakıda baş tutan beynəlxalq “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The Successful Lawyer of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR