Milli Məclisin deputatı Kambocada seçkiləri müşahidə edəcək

Milli Məclisin Kamboca ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ramin Məmmədov iyulun 20-də Kamboca Krallığının Pnompen səhərinə səfər edəcək.

Metbuat.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, millət vəkili səfər çərçivəsində burada iyulun 23-də keçiriləcək parlament seçkilərinə hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesinin gedişini, vətəndaşların fəallığını izləyəcək.

Səfər iyulun 25-də başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı