Qalmaqallı futbolçu bu kluba keçir

“Atletiko Madrid"in futbolçusu Joau Feliks "Barselona"ya keçir.

Metbuat.az xəbər verir ki, bu barədə jurnalist Mark Martines açıqlama verib. O bildirib ki, tərəflər 24 yaşlı futbolçu ilə bağlı razılığa gəlib. Razılaşmaya əsasən Joau Feliks “Barselona”da icarə əsasında oynayacaq. Müqavilə şərtlərində futbolçunun birdəfəlik almaq şərti də var. "Barselona" portuqaliyalı oyunçunun keçidi üçün 10 milyon avro ödəyəcək. Növbəti mövsüm üçün 50 milyon qarşılığında 24 yaşlı hücumçu "Barselona"ya keçəcək.

Qeyd edək ki, Joau Feliks ötən mövsüm icarə əsasında "Çelsi" klubunda forma geyinib. Joau Feliks “Atletiko Madrid"lə problemlər yaşayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR