İsveç səfirliyinə od vurdular

İraqın paytaxtı Bağdadda Sədr Hərəkatının tərəfdarları İsveç səfirliyinin ətrafında etiraz askiyası keçirib.

Metbuat.az xəbər verir ki, nümayişçilər Quranın İsveçdə yandırılmasına etiraz ediblər. Məlumata görə, dini və siyasi lideri Müqtəda əs-Sədrin başçılıq etdiyi Sədr Hərəkatına bağlı qruplar İsveç səfirliyinin binasına daxil olaraq binanın bəzi hissələrini yandırıblar. İraqlı etirazçılar səfirliyin ətrafında qurulan beton maneələri sındırıblar. Sədr Hərəkatı bundan əvvəl də İsveç səfirliyinin binasına basqın edərək aksiya təşkil etmişdilər.

İraqın Xarici İşlər Nazirliyi Sədr Hərəkatının etirazı ilə bağlı açıqlama verib. Açıqlamada, "Xarici İşlər Nazirliyi İsveçin Bağdad səfirliyinin yandırılmasını şiddətlə qınayır" deyilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı