İyunun 1-dən qüvvəyə minən qərara əsasən paytaxta rayon dövlət qeydiyyat nişanlı avtomobillərin girişi qadağan olunub. Bu məqsədlə artıq Bakının giriş hissələrində Dövlət Yol Polis İdarəsi tərəfindən postlar qurulub. Paytatın şimal girişində Yol Patrul Xidmətinin əməkdaşları artıq gücləndirilmiş iş rejiminə keçib.

Paytaxtın şimal girişində, yəni Masazır qəsəbəsi ərazisində Yol Patrul Xidməti əməkdaşları tərəfindən rayon qeydiyyat nişanılı avtomobillər saxlanılaraq müvəqqəti dayanacağa yerləşdirilir.

24 saat ərzində iki növbəli iş rejimində fəaliyyət göstərən Dövlət Yol Polis əməkdaşları tək bölgə qeydiyyat nişanlı deyil, həm də Bakı qeydiyyatı olan 99, 90, 10 dövlət nişanlı avtomobilləri də saxlayaraq onlardan sənəd tələb edirdi.

Səbəb isə həmin avtomaşınların sürücülərinin rayon qeydiyyatında olma ehtimalı idi. Şimal girişindən daha çox paytaxta üz tutan Sumqayıt dövlət qeydiyyat nişanlı avtomaşınlardır.

Bundan əlavə Bakıda müvvəqəti yaşayan, amma idarə etdiyi avtomobilinin rayon qeydiyyatı olan maşınlar da var idi ki, onların hərəkəti məhdudlaşdırlaraq müvəqqəti dayanacağ yerləşdirilirdi. Sürücülər isə bəhanə gətirərək bu məlumatdan xəbərsiz olduqlarını bildirirdi.

Yol Patrul Xidməti əməkdaşlarının dediyinə görə, tək bu gün 100-ə yaxın avtmobilin Bakıya hərəkətinin qarşısısı alınıb. Buna görə də paytaxta daxil olmaq istəyən sürücülər ya avtomobillərini Masazır ərazisindəki müvəqqəti dayanacağa yerləşidirdi. Ya da ki, geriyə qayıdırdı. Eyni minvalla cənub girişində də bu prosedur həyata keçirilir.

Bölgə qeydiyyat nişanlı avtomobillər Lökbatan ərazisində pulsuz dayanacaqlara yerləşdirlir. Sürücülər isə yalnız ictimai nəqliyyat vasitəsilə şəhərə daxil ola bilir.

Odur ki, Dövlət Yol Polis İdarəsinin əməkdaşları bir daha rayon qeydiyyatında olan sürücüləri bir ay ərzində paytaxta girişə qoyulan qadağaya əməl etməyə çağırır.