Ərəblərdən "Qalatasaray"a 50 milyonluq TƏKLİF

Səudiyyə Ərəbistanı klubları Türkiyənin "Qalatasaray" klubunun iki oyunçusu üçün 50 milyon avro təklif ediblər.

Metbuat.az "Fanatik"ə istinadən xəbər verir ki, bu futbolçulardan biri Nikolo Zaniolodır. Ərəb liqasının 4 komandası onun keçidi üçün 35 milyon avrodan keçməyə hazırdır. Lakin italyan oyunçu komandadan ayrılmaq istəmir.

Ərəblərin maraqlandığı digər futbolçu isə Olimpiu Morutandır. Morutan üçün 15 milyon avroluq təklif verilib. Transferin reallaşma ehtimalının yüksək olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR