"Yenidən prezident seçkiləri keçirək" - Kılıçdaroğludan GÜLÜNC TƏKLİF

Prezident seçkilərində məğlub olan CHP lideri Kamal Kılıçdaroğlu diqqətçəkən açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, Kılıçdaroğlu ölkədəki iqtisadi vəziyyəti tənqid edib. O iddia edib ki, Türkiyənin iqtisadi durumu Ərdoğanın vəd etdiyi kimi yaxşılaşmayıb. Kılıçdaroğlu Ərdoğanın ərəb ölkələrinə səfərini də tənqid edib. Maraqlıdır ki, 2 ay əvvəl seçkilərdə Ərdoğana məğlub olan Kılıçdaroğlu yenidən prezident seçkiləri keçirilməsi barədə çağırış edib.

“İndi seçki keçirsinlər, qutunu qoysunlar. Niyə bunu etmirlər?” - Kılıçdaroğlu deyib.

Kılıçdaroğlunun bu sözləri sosial mediada tənqid edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR