İran İsveçin yeni səfirini qəbul etməyəcək

İsveçdə Qurani-Kərim kitabının dəfələrlə təhqir edildiyi üçün İran ölkəyə yeni təyin olunan səfiri qəbul etməyəcək.

Metbuat.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib. Onun sözlərinə görə, Tehran da İsveçə yeni səfir göndərməyəcək.

Qeyd edək ki, bu yaxınlarda İsveçin Stokholm şəhərində Qurani-Kərim kitabı yandırılıb. Buna Türkiyə, Azərbaycan, İraq və başqa islam ölkələri etirazını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı