Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ: İyulun 26-sı səhərədək...

Bakıda və Abşeron yarımadasında iyulun 24-ü səhərdən 26-sı səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 24-ü axşamdan 25-i səhərədək yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.

Metbuat.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enərək, 25-i gündüz saatlarında 25-28 dərəcə isti olacaq.

İyulun 24-ü axşamdan 26-sı axşamadək əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR