Dembele Ronaldonun təklifini rədd etdi

“Əl-Nəsr” klubu “Barselona”nın futbolçusu Ousmane Dembeleni transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, klub futbolçuya illik 40 milyon avro məvacib təklif edib. İddia edilir ki, Kriştiano Ronaldonun da əlaqələrindən istifadə edən “Əl-Nəsr” Dembeleni razı salmağa çalışsa da, rədd cavabı alıb. Məlumata görə, “Əl-Nəsr” futbolçunun müqaviləsindəki 50 milyonluq sərbəstqalma bəndindən faydalanmaq istəyib. “Əl-Nəsrin” Dembleyə təklif etdiyi müqavilənin 5 illik olduğu irəli sürülüb.

Məlumata görə, Dembele “Barselona” ilə müqaviləsini artırmaq istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR