"Qalatasaray"dan "Fənərbaxça"ya gözlənilməz zərbə

"Qalatasaray" "Fənərbaxça"nın transfer etməyə çalışdığı Vilfrid Zahanı rənglərinə bağlayıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Qalatasaray” klubu bu barədə sosial media hesabında paylaşım edib. “Qalatasaray" Zahanın transferini son günlərin məşhur xalq mahnısı "Ali Cabbar"la açıqlayıb. “Peşəkar futbolçu Dazet Vilfried Armel Zahanın klubumuza transferi ilə bağlı futbolçu ilə rəsmi danışıqlara başlanılıb" - açıqlamada deyilir. Məlumata görə, Zaha müqavilə imzalamaq üçün artıq İstanbula gəlib.

Qeyd edək ki, peşəkar futbolçu karyerasına “Kristal Pelas”da başlayan Zaha, “Mançester Yunayted” və “Kardiff Siti” kimi klublarda çıxış edib. Zaha 458 matçda 90 qol vurub və 76 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı