Mbappe bu klubla bir illik müqavilə imzalayır - Sürpriz transfer

"Real Madrid”ə transfer olmaq istəyən Kilian Mbappe üçün gözlənilməz təklif irəli sürülüb.

Metbuat.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Mbappeyə bir illik təklif irəli sürüb. Məlumata görə, “Əl-Hilal” Mbappeyə bir il üçün 200 milyon avro təklif edib. Həmçinin “Əl-Hilal” Mbappe üçün PSJ klubuna da 200 milyon avro təklif edib. Bildirilir ki, PSJ təklifə qarşı çıxmayıb. İddia edilir ki, “Əl-Hilal”ın Mbappeyə təklif etdiyi müqavilədə futbolçunun bir il sonra “Real Madrid”ə transfer ola biləcəyi bəndi də var.

Futbolçu Səudiyyə Ərəbistanına getməyə normal yanaşmasa da, PSJ-nin onu heyətdən uzaqlaşdırması və bir il sonra “Real” keçmək bəndi Mbappenin “Əl-Hilal” razılıq verməyə yaxın olduğu deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR