Baş Prokurorluq Şirvandakı partlayışla bağlı araşdırmaya başladı

Baş Prokurorluq Şirvandakı partlayışla bağlı məlumat yayıb.

Metbuat.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda 1 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən sursat partlayışı üzrə Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.

Hazırda hadisə yeri şəhər prokurorluğunun əməkdaşları və prokuror-kriminalist tərəfindən müayinə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı