Təhsil sahəsində dövlətin vəzifələri artırıldı - FƏRMAN

Təhsil sahəsində dövlətin vəzifələri artırılıb.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Qanuna əsasən, təhsil sahəsində dövlətin vəzifələri sırasına aşağıdakılar daxil edilib:

- peşə təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək;

- yeni təhsil proqramlarının (ixtisasların) açılması qaydalarını müəyyən etmək;

- təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna dair tələbləri müəyyən etmək;

- ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydasını təsdiq etmək;

- ali təhsil müəssisələrində elmi-tədqiqat və elmi-metodiki işlərin təşkili, qaydalarını və professor-müəllim heyətinin tədris işi vaxt normasını müəyyən etmək;

- təhsil müəssisələrinə tədris-metodiki rəhbərliyi və nəzarəti həyata keçirmək;

- dövlət məktəbəqədər təhsil müəssisələrinin təhsilverənlərinin sertifikatlaşdırılması qaydasını müəyyən etmək və sertifikatlaşdırmanı həyata keçirmək;

- ali təhsil müəssisələrində elmi-tədqiqat işlərini dəstəkləmək və mükafatlandırmaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı