Bu şəxslər ƏDV-ni tam geri alacaq

"Vergi Məcəlləsi”nə edilən dəyişikliyə əsasən, Azərbaycanda tibbi xidmətlərdən istifadə edən turistlər ödədikləri əlavə dəyər vergisini (ƏDV) tam olaraq geri ala biləcəklər.

Metbuat.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

Deputatın sözlərinə görə, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlər üçün yalnız nağdsız ödənişlər əsasında "Tax-free rejimi" tətbiq ediləcək və ƏDV geri qaytarılacaq:

"Dəyişiklikdə əsas məqsəd tibbi turizmin inkişafını təşviq etməkdir. Bu o deməkdir ki, Azərbaycanda tibbi xidmətlərdən istifadə edən turist ölkəni tərk edərkən ödədiyi ƏDV-ni geri ala biləcək.

Vüqar Bayramov əlavə edib ki, bu dəyişiklik tibb müəssisələrinin gəlirlərini artırmaqla yanaşı, turistlərin tibbi xidmətlərə marağını yüksəldəcək. Bu isə səhiyyə sektorunda xidmət keyfiyyətinin daha da artırılmasına stimul yaradacaq.

Qeyd edək ki, dəyişiklik növbəti aydan qüvvəyə minəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı