"Barselona" klubu "İnter"in hücumçusu Markus Tyuramı transfer etmək üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, klub futbolçunu Robert Levandovskinin yerinə potensial namizəd kimi müəyyənləşdirib. “Mundo Deportivo”nun xəbərinə görə, Levandovskinin bu mövsümün sonunda başa çatacaq müqaviləsinin bir illik uzadılması variantını aktivləşdirildiyi barədə məlumatlar olsa da, klub yeni hücumçu transfer etmək istəyir. Xəbərdə Erling Haaland və Viktor Gyokeres kimi futbolçuların adının da “Barselona” ilə hallanadığına diqqət çəkilib.
Qeyd edək ki, Markus Tyuramla bir sıra Avropa nəhənglərinin, o cümlədən “Liverpul”, “Real Madrid”, “Arsenal” və Tottenhem” kimi klubların maraqlandığı deyilir. Ötən il “Borussiya Münhenqladbax”dan “İnter”ə transfer olan futbolçu 12 oyunda 4 qola imza atıb.