Başı bədənindən qopan uşağın başını yerinə tikdilər - FOTO

Tibb sahəsində nadir əməliyyatlardan biri baş tutub.

Metbuat.az "Daily Mail"ə istinadən bildirir ki, əməliyyat İsrail həkimləri tərəfindən həyata keçirilib. Belə ki, cərrahlar başı bədənindən ayrılmış 12 yaşlı fələstinli uşağın başını yenidən yerinə tikə biliblər.

Azyaşlının əməliyyatdan sonra hərəkətsiz qalacağı düşünülürdü. Lakin o, ayağa qalxıb və hərəkət funksiyaları normal çalışıb.

Qeyd edilir ki, 12 yaşlı fələstinli Süleyman Həsən velosiped sürərkən onu maşın vurub və başı maşının altında qalaraq qopub. Kənardan onun başı bədəninə bitişik görünüb. Lakin rengen müayinəsi zamanı kəllə sümüyünün onurğadan ayrıldığı məlum olub.

Tibb tarixinə düşən əməliyyatı cərrah Oxad Eynav edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı