Avropa nəhəngi Mourinyonu istəyir - Çempionlar Liqası şərti

İtaliya klubu “Fənərbaxça”nın portuqaliyalı məşqçisi Joze Mourinyonun xidmətində maraqlıdır.

Metbuat.az xəbər verir ki, Serie A nəhəngi "Yuventus"un səhmlərinin 8 faizini alan "Tether"in baş direktoru Paolo Ardoino Joze Mourinyonu kluba gətirmək istəyir. Bu barədə Paolo Ardoino özü açıqlama verib. O bildirib ki, “Yuventus”un Çempionlar Liqasında uğur qazanması üçün sərmayə qoyulub. O, “Joze Mourinyonu istəyirəm. Amma Çempionlar Liqası hədəfimizə çatsaq, o zaman "Joze Mourinyo “Juventus”un məşqçisi olmalıdır" deməyəcəyəm” - deyə bildirib.

Qeyd edək ki, Joze Mourinyonun “Fənərbaxça” ilə müqaviləsi 2026-cı ildə yekunlaşır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı