Rusiyanın Maqadan vilayətində 6 nəfərlik turist qrupu qar uçqununa düşüb. Uçqun nəticəsində 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Metbuat.az xəbər verir ki, bu barədə fövqəladə hallar xidməti məlumat yayıb.
Bildirilib ki, qrupdan bir turist xəsarət almayıb. Hazırda qrupun müəyyən olunmuş qaydada qeydiyyata alınıb-alınmadığı müəyyənləşdirilir.
Onları təxliyə etmək üçün helikopter göndərilib.