Türkiyədə işsizlik səviyyəsi aşağı düşdü

Türkiyədə 2025-ci ilin fevral ayının sonunda işsizlik səviyyəsi 8,2 faiz təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0,2 faiz aşağıdır.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsinin məlumatında bildirilib.

Qeyd edilib ki, ölkədə fevral ayında işsizlərin sayı 2 milyon 886 min nəfər, orta iş günü isə həftədə 43,4 saat təşkil edib.

Beləliklə, Türkiyədə işsizlik 22 aydır ki, birrəqəmli göstərici səviyyəsindədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı