Bakıda daha bir dairə ləğv edilir. Eyni zamanda, ərazidəki məşhur restoran da söküləcək.
Metbuat.az "Xəzər Xəbər"ə istinadən bildirir ki, söhbət Həsən Əliyev və Əhməd Rəcəbli küçəsinin kəsişməsindəki dairədən gedir. Dairə ləğv edilir və yerində avtomobil tuneli inşa olunur.
Tikinti işləri Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsi - ''Koroğlu'' metrostansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində aparılır. Nəqliyyatın hərəkətinin intensiv olduğu yolda işlər sürətlə aparılır ki, tez bir zamanda təhvil verilsin.
Obyekt işlədənlər deyirlər ki, plana düşmə ilə bağlı bildiriş alıblar. Hazırda kompensasiya məbləğinin hesablanması gedir. Bundan sonra ərazidə tunelin tikintisinə mane olan ''Şəki'' restoranı və ona bitişik digər tikililər söküləcək.
Daha ətraflı videomaterialda: