Dəbdəbəli oteldə keçirilən toyda kabus yaşandı - Məşhur cütlüyün toyu yarımçıq qaldı

Avropanın bir çox ölkəsində rekord istilərin müşahidə olunduğu bir vaxtda İtaliyanın Siciliya adasındakı dəbdəbəli oteldə gözlənilməz hadisə baş verib.

Metbuat.az xəbər verir ki, toyun keçirildiyi oteldə kondisionerlərdə baş verən nasazlıq qonaqlara kabus yaşadıb. Məlumata görə, hadisə, gecəsi 2100 avroya dəbdəbəli otaqları ilə məşhur olan və "The White Lotus" serialının çəkildiyi oteldə baş verib. Toyda bir sıra milyonçular iştirak edib. Qonaqlar gözlədikləri dəbdəbəli əyləncə əvəzinə dəhşət dolu anlar yaşayıblar. Bəzi qonaqlar 46 dərəcə istiyə tab gətirə bilməyib.

Qonaqlardan biri, amerikalı sahibkar Tayler Peters bildirib ki, toyu idarə etməli olan keşiş huşunu itirib və onun yerini ailə üzvü tutub. Gəlin və bəy digər qonaqlarla birlikdə ciddi sağlamlıq problemi olmadan məclisi tərk ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı