Putin Afrika ölkələrinə söz verdi

Rusiya Prezidenti Vladimir Putin Afrika ölkələrinə Ukraynadan ala bilmədikləri taxılı həm kommersiya, həm də pulsuz göndərə biləcəklərini bildirib.

Metbuat.az xəbər verir ki, Putin Sankt-Peterburqda keçiriləcək Rusiya-Afrika Sammitinə yazdığı məqaləsində ölkəsinin taxıl sazişindən çıxmasının Afrika ölkələrinə mənfi təsir etməyəcəyini bildirib. Putinin sözlərinə görə, ABŞ və Avropanın işgüzar dairələri taxıl müqaviləsindən zənginləşmək üçün istifadə edir və Ukrayna taxılının 70 faizi yüksək və orta gəlirli ölkələrə gedir. Putin, Efiopiya, Sudan, Somali, Yəmən və Əfqanıstan kimi ölkələrə Ukrayna taxılının yalnız 3 faizinin müqavilə çərçivəsində getdiyini deyib.

Ölkəsinin bu il rekord məhsul gözlədiyini qeyd edən Putin, “Sizi əmin etmək istəyirəm ki, ölkəmiz Ukrayna taxılını həm ticari, həm də pulsuz əvəz edə bilər” - deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı