Nazirdən ermənilərin Bakıdakı DÇ-də iştirakı ilə bağlı AÇIQLAMA

“Ermənilər nə zaman bura gəliblərsə, təhlükəsizlikləri təmin olunub”.

Metbuat.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov deyib.

Nazir Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatında Ermənistan yığmasının iştirak üçün müraciət etməsindən danışıb: “Müraciət ediblər və burada problem yoxdur. Biz digər ölkələr kimi onların da təhlükəsizliyin təmin etməyə hazırıq”.

Qeyd edək ki, dünya çempionatı 14 avqust – 3 sentyabr aralığında baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı