​“Mançester Yunayted”dən “Fənərbaxça”ya gözlənilməz təklif

“Mançester Yunayted” “Fənərbaxça”nın qapıçısı Altay Bayındırı transfer etməyə çalışır.

Metbuat.az xəbər verir ki, bunun üçün ingilislər yüksək məvacibli təklif də irəli sürüb. 25 yaşlı qapıçı isə “Mançester Yunayted”ə getmək istəmir. Türkiyə mediasının məlumatına görə, “Mançester Yunayted” bundan əvvəl “İnter”dən Andre Onananı transfer edib. Əsas qapıçının Andre Onana olacağı bildirilir. Altay Bayındır ikinci qapıçı olmaq istəmədiyi üçün “Mançester Yunayted”ə getmək istəmir.

İddialara görə, Altay Bayındırı “Ayaks” klubu da transfer etməyə çalışır. Altay Bayındırın “Fənərbaxça”dan getmək istədiyi bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR