İlon Mask “dünyanın ən varlı adamı” adını qazandı

“Tesla” və “SpaceX”in baş direktoru İlon Mask “LVMH” lüks mallar qrupunun prezidenti Bernard Arnonu geridə qoyaraq, yenidən “dünyanın ən varlı adamı” adını qazanıb.

Metbuat.az xəbər verir ki, “Forbes” jurnalının dünyanın ən varlı adamları siyahısına əsasən, Maskın sərvəti 1,75 faiz artaraq 240,7 milyard dollara çatıb. Buna “Tesla” səhmlərinin qiymətləndirilməsinin 2,5 faizdən çox artması da səbəb olub. “Louis Vuitton”,” Christian Dior “və “Tiffany” şirkətlərinin sahibi olan lüks mallar nəhəngi “LVMH”nin rəhbəri Arnaultun sərvəti isə 1 faizdən çox azalaraq 234,9 milyard dollara düşüb.

“Amazon”un qurucusu və bir müddət dünyanın ən varlı adamı olan Ceff Bezos 151,9 milyard dollar sərvəti ilə üçüncü yeri tutub. Bezosu 148,1 milyard dollarla “Oracle” şirkətinin qurucusu və keçmiş baş icraçı direktoru Larri Ellison, 120,6 milyard dollarla “Microsoft” qurucusu Bill Qeyts və 117,3 milyard dollarla “Berkshire Hathaway” şirkətinin rəhbəri Uorren Baffet təqib edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı