Ağır qəza törədən polis polkovniki ilə bağlı QƏRAR VERİLDİ

Şəmkir Rayon Polis Şöbəsinin Kür bölməsinin rəisi polis polkovniki Ədalət Sadıqov vəzifəsindən azad edilib.

Metbuat.az “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə Ədalət Sadıqov Şəmkir Rayon Polis Şöbəsində təhqiqatçı vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, polkovnik Ədalət Sadıqov bir müddət əvvəl idarə etdiyi “KİA” markalı avtomobillə Tovuz rayonu istiqamətində hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurmuşdu. Nəticədə rayonun Aşağı Quşçu kənd sakini, 26 yaşlı gənc xəstəxanaya aparılarkən yolda ölmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı