"Haqlı olduğumuz halda bizi haqsız duruma sürükləmək istəyirlər" - Politoloq

"Bır sıra mərkəzlərin və xarici diplomatların Azərbaycan əleyhinə açıqlamaları artıb, haqlı olduğumuz halda bizi haqsız duruma sürükləmək istəyirlər".

Metbuat.az xəbər verir ki, bu barədəə politoloq Elxan Şahinoğlu özünün feysbuk hesabında yazıb. Onun sözlərinə görə, Ermənistandan Qarabağa göndərilən yüklər saatlardır sərhədə yaxın ərazidədir:

"Düşünürlər ki, yüklər günlərlə sərhəddə ilişib qalsa böyük dövlətlərin, beynəlxalq təşkilatların Azərbaycana təzyiqi artacaq və rəsmi Bakı yüklərin Laçından keçidinə icazə vermək məcburiyyətində qalacaq. Bır sıra mərkəzlərin və xarici diplomatların Azərbaycan əleyhinə açıqlamaları artıb, haqlı olduğumuz halda bizi haqsız duruma sürükləmək istəyirlər. Burada bizim də günahımız var, haqlı olduğumuzu beynəlxalq aləmə ya izah edə bilmədik, ya da passiv olduq, ermənilərsə həmişə kimi Azərbaycana qarşı var gücləriylə təxribat maşınını işə salıblar".

Politoloq qeyd edib ki, bütün hallarda Ermənistanın iki yolu var:

"Yüklər günlərlə sərhəddə qaldıqdan sonra ya geri qaytarılacaq, ya da Ağdam variantına razılaşmaq məcburiyyətində qalacaqlar. Fikrimcə, Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası yüklərin Ağdam üzərindən çatdırılmasına etiraz etməz, məqsəd Qarabağ ermənilərinə yüklərin çatdırılmasıdırsa, İrəvan üçün yolun fərqi olmamalıdır. Ancaq radikal erməni qüvvələri hesab edirlər ki, birincisi, yüklər Ağdam ərazisindən çatdırılsa, bu İrəvanın və Qarabağ ermənilərinin faktiki Azərbaycanın ərazi bütövlüyünü tanıması anlamına gələcək. İkincisi, Laçın yolunun “dəhliz” statusunun ortadan qaldırılmasıyla barışacaqlar".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı