Əliağa Vahidin qızının maddi vəziyyəti ağırdır - VİDEO

Azərbaycanın görkəmli şair və qəzəlxanı Əliağa Vahidin qızı Firəngiz xanımın maddi vəziyyəti ağırdır.

Metbuat.az xəbər verir ki, bu barədə tarzən Humay Qədimova bildirib.

O, sosial şəbəkə hesabında Firəngiz xanımla video paylaşaraq onun sosial vəziyyətinin acınacaqlı olduğunu deyib. Tarzən qeyd edib ki, Firəmgiz xanımın evi belə təmirsizdir:

"Bir xalq ədəbiyyatı və mədəniyyəti ilə seçilər, kök salar dəyərləndirilər. Əliağa Vahid Azərbaycanın poeziyasına orta əsr qəzəl üslubunu yenidən gətirməklə tanıdıb. Onun yadigarı Firəngiz xanımla görüşdüm. Sosial Vəziyyəti çox acınacaqlı durumdadır. Xanəndələr və meyxanaçılar ziyarətiniz savab olar".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı