Özəl pensiya fondunun vətəndaşa nə xeyri var? - Ekspertdən AÇIQLAMA

Azərbaycanda artıq özəl pensiya fondunun yaradılması üçün normativ hüquqi sənədlərin hazırlanması istiqamətində işlər görülür. Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bildirib ki, fondun yaradılması istiqamətində hazırlanan qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində aidiyyəti qurumlarla razılaşdırma prosesi gedir. Prosesin yekununda müvafiq layihələr Milli Məclisə təqdim olunacaq.

Bununla bağlı iqtisadçı Eyyub Kərimli Metbuat.az-a bildirib ki, özəl pensiya fondu vətəndaşa seçim imkanı verəcək:

"Bu gün beynəlxalq təcrübəyə uyğun olaraq ölkəmizdə də özəl pensiya fondunun fəaliyyətinə imkan yaradılır. Bu pensiya fondunun müəyyən üstün cəhətləri var. Belə ki, təqaüdçülər özəl fondda öz təqaüdlərinin bir qismini saxlaya bilərlər. Həmin özəl fonddan yığılan vəsait dövriyyə edərək onun üzərinə əlavə gəlirlər gətirə bilər. Artıq vətəndaş təqaüdə çıxdığı zaman onun üçün nəzərdə tutulan təqaüddən daha çox təqaüd ala bilər. Sözsüz ki, bu cür özəl fondların fəaliyyəti həm də pensiya sistemində yeni islahatların təmin edilməsinə yol açacaq. Hesab edirəm ki, bu, gələcəkdə pensiya yaşına çatmayıb vəfat edən şəxsin pensiya fondunda yığılan vəsaitin varislərinə çatmasına köməklik göstərəcək".

Eyyub Kərimli: “ƏDV-nin azaldılması büdcə yığımlarına mənfi təsir göstərə  bilər” Pravda.az

Onun sözlərinə görə, bu fondların fəaliyyəti büdcənin yükünü azaldacaq. Lakin fondda ciddi nəzarət mexanizmləri olmalıdır:

"Hazırda yeganə pensiya fondu dövlətin fondudur. Özəl pensiyanın fəaliyyəti həm də büdcə yükünün azaldılmasına imkan yaradacaq, həm də vətəndaş üçün seçim imkanı yaradacaq. Düşünürəm ki, mütləq qaydada bu cür özəl fondlar üçün ciddi nəzarət olmalıdır. Çünki vətəndaş bu fonddan 20-30 ildən sonra vəsaiti götürəcək. Ona görə də, onların fəaliyyətinə ciddi nəzarət yetirilməli, həm də vəsait sığortalanmalıdır".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı