Ukrayna Rusiyanın dialoq təklifini rədd etdi

Ukrayna Rusiyanın dialoq təklifini rədd edib.

Metbuat.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib.

Onun sözlərinə görə, Rusiya qoşunlarını Ukrayna ərazisindən çıxarana və törətdiyi hərbi cinayətləri etiraf etməyənədək rəsmi Kiyev Moskva ilə danışıqlara razı olmayacaq.

M.Podolyak bildirib ki, beynəlxalq hüququ və qlobal təhlükəsizlik nizamını pozan Rusiyadır: “Məhz işğalçı ölkə genişmiqyaslı, qanlı, səbəbsiz müharibəni başladıb. Digər ölkənin dinc əhalisinə qarşı terror təşkil edən məhz Rusiyadır. Rusiya danışıqlar istəyirsə, Ukraynadan çıxmalı, əməllərinə görə məsuliyyətə cəlb edilməli və ölkədə siyasi elita dəyişməlidir”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün Moskvanın Kiyevlə danışıqlara hazır olduğunu, lakin ABŞ və NATO-nun buna imkan vermədiyini söyləmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı