Bakıda ana doğuşdan sonra öldü

Bakıda qadın qeysəriyyə əməliyyatından sonra ölüb.

Metbuat.az "Lent.az"a istinadən bildirir ki, hadisə Respublika Klinik Xəstəxanasında qeydə alınıb.

Bir ay əvvəl xəstəxanaya doğuşla bağlı müraciət edən, 35 yaşlı Günay Qasımovanın üzərində qeysəriyyə əməliyyatı aparılıb. Əməliyyatdan sonra ana körpəsi ilə birlikdə evə buraxılıb. Lakin bir ay sonra qadının vəziyyəti pisləşib. Yenidən əməliyyat olunduğu xəstəxanaya yerləşdirilən ananın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı