PFL "Turan Tovuz"un oyunlarının məkanını dəyişdirdi

Peşəkar Futbol Liqası (PFL) tərəfindən Tovuz şəhər stadionunda geniştərkibli təftiş həyata keçirilib.

Metbuat.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, aparılan əsaslı işlər, stadionun hazırki durumu, azarkeşlərin və futbolçuların təhlükəsizliyi, oyunun canlı yayımı və VAR infrastrukturunun vəziyyəti nəzərə alınaraq qurumun İdarə Heyəti rəqib komandaların razılıq məktubunu da əsas götürərək bir sıra qərarlar qəbul edib .

Azərbaycan Premyer Liqasının 1-ci dövrəsinin "Araz Naxçıvan" – “Turan Tovuz” oyunu , 2-ci dövrənin "Turan Tovuz" - "Araz Naxçıvan" qarşılaşması kimi keçiriləcək.

1-ci dövrənin "Qarabağ" - "Turan Tovuz" matçı, 2-ci dövrənin "Turan Tovuz" - "Qarabağ" görüşü kimi təşkil olunacaq.

Bundan əlavə, 4-cü turdan etibarən Tovuz şəhər stadionu qarşılaşmaları qəbul etməyə hazır olmalı və bununla bağlı bütün işlər nəzarətdə saxlanılmalıdır.

Qeyd eədk ki, Tovuz şəhər stadionunda süni işıqlandırma sisteminin tam istifadəyə verilməsi sentyabrın sonunda planlaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı