Günel Gözəlovaya bu kanalda vəzifə verildi

Tanınmış telejurnalist, aparıcı Günel Gözəlova “MTV Azərbaycan” televiziya kanalının baş redaktoru təyin olunub.

Metbuat.az "Qafqazinfo"ya istinadən bildirir ki, G.Gözəlova təyinatı təsdiqləyib.

Qeyd edək ki, telejurnalist indiyədək bir çox vəzifələrdə - Azərbaycan Dövlət Televiziyasında, “Lider TV və Azərbaycan Radiosu” MMC-də, Azərbaycan Memarlıq və İnşaat Universitetində Mətbuat katibi, Azərpoçt MMC-də İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri, daha sonra isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Mətbuat Xidmətinin rəhbəri, nazirin sözçüsü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Media və Təhsil sahəsi üzrə Vitse-Prezidenti kimi kimi fəaliyyətini davam etdirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR