Bakı metrosunda yüksək vəzifəyə yeni təyinat

“Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisinin müavini Azər Mustafayev bu gündən baş mühəndis vəzifəsinə təsdiqlənib.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, o, yeni vəzifəsində Əlixan Osmanovu əvəz edib.

A.Mustafayev 1968-ci ildə anadan olub, 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib, ixtisasca energetika mühəndisidir.

O, “Azərenerji” ASC-də istehsalat-texniki şöbənin rəis müavini, “Azərişıq” ASC-də Binəqədi rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi işləyib, 2019-cu ildən isə Bakı metrosunun istismar üzrə baş mühəndisinin müavini olub.

A.Mustafayev 2015-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. Ailəlidir. Bir oğlu və bir qızı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR