Fransa Nigerdəki vətəndaşlarını təxliyə edir

Nigerdəki hərbi çevrilişdən və Fransa səfirliyinə hücumdan sonra Paris bu ölkədəki vətəndaşlarını təxliyə etmək qərarına gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə Fransanın rəsmi dairələri məlumat verib. Bildirilir ki, Fransa vətəndaşlarının Nigerdən təxliyəsi üçün təyyarələr ayrılıb. Nigerdəki vəziyyətlə bağlı fransız televiziyasına açıqlama xarici işlər naziri Caterine Colonna, Fransanın bu ölkəyə hər hansı hərbi müdaxiləsinin olub-olmayacağı barədə suala cavab verib. O bildirib ki, Fransanın birinci prioriteti Nigerin təhlükəsizliyidir.

Qeyd edək ki, Nigerdəki hərbi çevrilişdən sonra hərbçilərin çağırışı ilə vətəndaşlar küçələrə çıxıb. Hərbi çevrilişə dəstək aksiyaları zamanı bir qrup şəxs Fransanın Niameydəki səfirliyini hədəfə alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı