Azərbaycanın inflyasiya proqnozu artırıldı

2023-cü il üzrə Azərbaycanda orta illik inflyasiyanın 10,4 % civarında olacağı proqnozlaşdırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilib.

"2023-cü ildə orta illik inflyasiya ilkin proqnozlar zamanı 6,9 faiz səviyyəsində nəzərdə tutulsa da, yenidən baxılma zamanı faktiki göstəricilər, gözlənilən meyillər nəzərə alınmaqla 10,4 faiz səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da ilkin proqnozdan 3,5 faiz bəndi çoxdur"- sənəddə qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı