Mövsümün mühüm transfer mübadiləsi reallaşır

"Çelsi" Duşan Vlahoviç üçün "Yuventus"a təklif verib.

Metbuat.az xəbər verir ki, təklifdə Romelu Lukaku da yer alıb. “Daily Mail”in xəbərinə görə, “Çelsi” Lukaku ilə yanaşı “Yuventus”a 40 milyon avro təklif edib. Xəbərdə iki komanda arasında danışıqların davam etdiyi qeyd olunub.

Qeyd edək ki, “Çelsi” Romelu Lukakunu heyətdən göndərmək istəyir. “Çelsi” hücumçunu əsas heyətdə düşünmür. Ötən mövsüm "İnter"ə icarəyə verilən Romelu Lukaku liqada 37 matçda çıxış edərək 14 qol vurub. Belçikalı forvard bu matçlarda 7 məhsuldar ötürmə edib. 2022-ci ildən "Yuventus"da çıxış edən Duşan Vlahoviç ötən mövsüm 42 oyunda iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı