140 milyonluq təklifi rədd etmədi - Mövsümün bahalı transferi

Səudiyyə Ərəbistanının "Əl Hilal" klubunun "Napoli"nin hücumçusu Viktor Osimhen üçün 140 milyon avro təklif etdiyi bildirilib.

Metbuat.az xəbər verir ki, “Napoli” futbolçunun transferinə qarşı çıxmayıb. “Sky Sports”un məlumatına görə, “Napoli” futbolçu üçün 150 milyon avro tələb edir. “Əl Hilal”ın oyunçuya həftəlik 1 milyon avronun üzərində maaş təklif edildiyi bildirilib. Məlumata görə, “Napoli” futbolçu ilə müqaviləni artırmaq məsələsini də nəzərdən keçirir. Bununla belə,İtaliya komandasının Osimhenlə yeni müqavilə üçün hələ razılığa gəlmədiyi deyilir.

Qeyd edək ki, “Napoli” prezidenti Aurelio De Laurentis Osimhen üçün yaxşı təklifləri nəzərdən keçirəcəklərini bildirmişdi. Viktor Osimhen ötən mövsüm 32 liqa oyununda 26 qol vurub və 5 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı