​Rusiya ordusu təlimlərə başladı

Rusiya ordusu “Okean Qalxanı-2023” adlı təlimlərə başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi açıqlama verib. Açıqlamaya görə, Rusiya donanması Baltik dənizində təlimlərə başlayıb. “Okean Qalxanı-2023” adlı təlimə 30-dan çox döyüş gəmisi, 20 dəstək gəmisi, 30 təyyarə və təxminən 6000 əsgərin qatıldığı bildirilib.

“Təlim zamanı Hərbi Dəniz Qüvvələrinin əməliyyat baxımından əhəmiyyətli bölgədə Rusiyanın milli maraqlarını müdafiə etməyə hazır olub-olmadığı nəzərdən keçiriləcək” - nazirliyin açıqlamasında deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı