İntim görüntüləri yayılan direktorla bağlı QƏRAR VERİLDİ

İntim görüntüləri ilə şantaj olunan Ucar rayonu, Alpoud kənd Şirvan Həsənov adına 2 nömrəli tam orta məktəbin direktoru Orxan Rəhimov vəzifəsindən azad edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, ötən gün mediada Ucar rayonu Alpout kənd Ş.Həsənov adına 2 nömrəli tam orta məktəbin direktoru Orxan Rəhimovla bağlı qeyri-etik videogörüntülər yayımlanıb:

“Məsələ ilə bağlı araşdırma aparılıb və sözügedən məktəbin direktoru tutduğu vəzifədən azad edilib”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı