"İnter"də İtaliya çempionu olan belçikalı ulduz Romelu Lukaku karyerasını başqa İtaliya komandasında davam etdirəcək.
Metbuat.az xəbər verir ki, Romelu Lukaku “Yuventus”la anlaşıb. Bildirilir ki, müqavilə ilə “Çelsi”yə məxsus olan Lukaku “Yuventus”la 2+1 illik razılıq əldə edib.
Qeyd edək ki, ötən mövsüm Lukaku “İnter”də 14 dəfə fərqlənib. Lukakunun “İnter”dən ayrılmaq istəməsi baş məşqçinin Çempionlar Liqasının final oyunundakı qərarına görə olub. İstanbuldakı finalda ehtiyat oyunçular skamyasında əyləşən Lukakunun yerinə əsas heyətdə Edin Dzeko oynayıb.