Moskvadan Bakı və İrəvana sülhlə bağlı çağırış - "Tələsməyin"

Azərbaycan və Ermənistan arasında tələsik hazırlanmış sülh sazişi regiona davamlı sülh gətirməyəcək.

Metbuat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində deyib.

O bildirib ki, tələsik imzalanana sülh sazişinin yeni münaqişələrə səbəbola bilər: "Bu, gələcəkdə yeni münaqişə və faciələrə zəmin yaradacaq. Prioritet sürət yox, keyfiyyət olmalıdır. Qarşılıqlı şəkildə məqbul həll yolları tapılmalıdır. Sülhün şərtlərini Bakı və İrəvan özü müəyyən etməlidir. Məsuliyyətli vasitəçilərin vəzifəsi danışıqlar prosesini sürətləndirmək deyil, uzunmüddətli razılaşmaların əldə olunmasına töhfə verməkdir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı