Gəncədə qanunsuz odlu silah saxlayan şəxs saxlanıldı - FOTO

Gəncə Şəhər Baş Polis İdarəsi (ŞBPİ) Narkotiklərlə Mübarizə Bölməsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda və gəzdirməkdə şübhəli bilinərək saxlanılan Fərahim Verdiyevin ətrafında davam etdirilən əməliyyat tədbirləri nəticəsində şübhəli şəxsin tanışı, hazırda oğurluq cinayəti törətdiyinə görə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə olan Zaur Heydərzadənin də odlu silah gizlətməsi məlum olub.

Metbuat.az xəbər verir ki, Z. Heydərzadə dərhal Baş Polis İdarəsinin əməkdaşları tərəfindən istintaqa cəlb olunub və o, ifadəsində vəfat etmiş dostundan odlu silah almasını və onu şəhər ərazisində gizlətməsini etiraf edib. Sözügedən əraziyə baxış keçirilən zaman oradan 1 ədəd “Kalaşnikov” markalı avtomat və həmin silaha aid 1 ədəd daraq aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR