Sünnət olunan 8 yaşlı uşaq həkim səhvinin qurbanı olub? - İDDİA / VİDEO

8 yaşlı uşaq həkim səhvinin qurbanı olub.

Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, sünnət olan uşağın, həkim səhvinin qurbanı olduğu iddia edilir. Valideynlərinin sözlərinə görə, 1 il öncə cərrah Fuad Nəzərov tərəfindən uşaq sünnət edilib.

Adı hallanan Fuad Nəzərovla da telefon əlaqəsi saxlanılsa da, həkim danışmaq istəmədiyini bildirib.

Məsələ ilə bağlı TƏBİB-dən isə bildirilib ki, qurumun nəzdində müvafiq tibbi komissiyalar yaradılıb. Tibbi və məhkəmə ekspertizaları nəticəsində həkim səhvi, tibbi səhv sübuta yetirilərsə müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət təyin olunur. Ailə həkim səhvinə görə Fuad Nəzərov barəsində hüquq mühafizə orqanlarına da şikayət edib.

Daha ətraflı videoda:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı