Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə ABŞ-dan olan jurnalistləri regiondakı vəziyyət barədə məlumatlandırıb.
Metbuat.az xəbər verir ki, bu barədə o, tvitterdə paylaşım edib.
XİN rəsmisi ABŞ-dan olan bir qrup jurnalist və media nümayəndələri, o cümlədən BMT Müxbirlər Assosiasiyasının, BMT-nin akkreditə olunmuş üzvləri ilə Bakıda görüşməkdən şad olduğunu bildirib.
“Biz regionumuzda və onun ətrafında mövcud vəziyyətlə bağlı interaktiv müzakirələr apardıq”, - A.Hacızadə əlavə edib.